|
04 sentyabr 2013, 13:30
İlham Əliyev Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, Bayraq Meydanının inşasına bu ilin iyununda başlanmış, avqustda başa çatdırılmışdır. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılmışdır. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilmişdir. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir. Meydanın ərazisində istirahət parkı da salınmışdır. Azərbaycan Prezidenti parkın ərazisini gəzdi. Bildirildi ki, ərazidə uzunluğu 236, eni isə 7 metr olan su kanalı tikilmişdir. Kanalın üzərində uzunluğu 11, eni 3 metr olan iki körpü, ərazidə biri səkkizguşəli olmaqla 17 fəvvarə, kanalüstü “Buta” və iki “Lalə” inşa olunmuşdur. Burada geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi, dekorativ məhəccər qurulmuş, oturacaqlar qoyulmuşdur. Parkda uşaq-əyləncə qurğuları quraşdırılmışdır. Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verdi. ![]() 04 sentyabr 2013, 13:00
İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.