|
04 sentyabr 2013, 13:10
İlham Əliyev Salyan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, ikimərtəbəli binada 15 iş otağı vardır. Otaqlar zəruri inventar və avadanlıqla təchiz olunmuşdur. Binanın foyesində Ulu Öndər, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət stend yaradılmışdır. Binanın 40 nəfərlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür. YAP-ın Biləsuvar rayon təşkilatı 1993-cü ilin yanvarında 12 ilk ərazi təşkilatının iştirakı ilə yaradılmışdır. Hazırda isə YAP Biləsuvar rayon təşkilatının 68 ilk ərazi təşkilatı və 4 min 440 üzvü vardır. Təşkilat üzvlərinin 27 faizini qadınlar, 35 faizini gənclər təşkil edir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Yeni bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. ![]() 04 sentyabr 2013, 13:00
İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.