|
04 sentyabr 2013, 15:10
İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Mərkəzin 28 otaqdan ibarət üçmərtəbəli binası bütün zəruri avadanlıqla təchiz edilmişdir. Girişdə Mərkəz barədə bütün məlumatların əks olunduğu elektron köşk quraşdırılmışdır. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərə aid fotoları 15 guşədə yerləşdirilmişdir. Birinci mərtəbədə Ümummilli Liderin uşaqlıq, gənclik, tələbəlik illərinə, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərə aid müxtəlif fotoları maraqla qarşılanır. Onların arasında Ulu Öndərin hakimiyyətdə olduğu illərdə Biləsuvara səfərlərini əks etdirən çoxlu sayda fotoşəkillər və çap materialları da sərgilənir. Birinci mərtəbədə, həmçinin psixoloji məsləhət otağı, linqafon kabineti, rəqs studiyası fəaliyyət göstərir. Burada Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş film fasiləsiz olaraq nümayiş etdiriləcəkdir. İkinci mərtəbədə rəsm studiyası, şahmat dərnəyi, internet kafe, kompyuter otağı, treninq zalı, kitabxana, 3D kinozalı vardır. Mərkəzdə, həmçinin fotostudiya, heykəltəraşlıq dərnəyi, poliqrafiya və dizayn studiyaları, virtual sinif, intellektual oyun otağı, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcəkdir. Diqqətə çatdırıldı ki, Mərkəzin böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılmışdır. Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.