|
04 sentyabr 2013, 16:00
İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Biləsuvara səfəri çərçivəsində rayon icra hakimiyyətinin yeni inzibati binasında yaradılmış şəraitlə tanış olmuşdur. Dövlətimizin başçısına məlumat verildi ki, rayon icra hakimiyyətinin köhnə binası 1950-ci illərdə istifadəyə verilmişdir. Əvvəllər bina müxtəlif təyinatlar üçün istifadə olunmuşdur. 1992-ci ildən isə icra hakimiyyətinin binası kimi fəaliyyət göstərməyə başlamışdır. Ötən illər ərzində binada əsaslı təmir aparılmadığından iş şəraiti əlverişsiz olmuşdur. Diqqətə çatdırıldı ki, yeni inzibati binanın tikintisinə 2012-ci ilin iyulunda başlanmış, bu ilin iyulunda başa çatdırılmışdır. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Biləsuvara səfərlərini əks etdirən fotoguşə yaradılmışdır. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış oldu. Üç mərtəbədən ibarət bina bütün lazımi avadanlıqla təchiz edilmişdir. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Heydər Əliyev prospektində inşa olunmuş və şəhərin gözəlliyini artıran binanın fasadı yerli tikinti materialları ilə üzlənmişdir. Qeyd edildi ki, binanın birinci mərtəbəsində 8 iş otağı və 40 nəfərlik yeməkxana vardır. İkinci mərtəbədə müxtəlif toplantıların və “dəyirmi masa”ların keçirilməsi üçün konfrans zalı və 10 işçi otaq yaradılmışdır. Üçüncü mərtəbədə isə böyük akt zalı və 13 iş otağı vardır. Ərazidə geniş yaşıllaşdırma işləri aparılmış, müxtəlif bəzək elementləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. İnzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə birbaşa əlaqə üçün videokonfrans zalı, operativ idarəetmə mərkəzi yaradılmışdır. Prezident İlham Əliyev operativ idarəetmə mərkəzinə baxdı. Burada online videoqəbul da mümkün olacaqdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq şəhər icra nümayəndəliyi və yeddi kənd icra nümayəndəliyi şəbəkəyə qoşulmuşdur. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 150 nəfərlik konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi. ![]() 04 sentyabr 2013, 15:10
İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.