Səmid Cavadov və başqalarından, Zərdab, Azərbaycan
Text size
20 may 2010, 16:07
Möhtərəm cənab Prezident,
Mayın 4-də Zərdab rayonunun Xanməmmədli kəndində Türyançay çayında mühafizə bəndi yarılmış və kənd əhalisi ciddi təhlükə qarşısında qalmışdı. Bənddə yaranmış təhlükəli vəziyyət qısa müddətdə aradan qaldırılmışdır. Əhaliyə göstərilən bu diqqət və qayğıya görə, cənab Prezident, Sizə təşəkkür edirik.
Hörmətlə,
Cavadov Səmid, Quliyev Məzahir, Şirinova Səmayə. Cəmi 110 ailə.
Xanməmmədli kəndinin sakinləri
Azərbaycan Respublikası, Zərdab rayonu.
