|
04 sentyabr 2013, 16:40
İlham Əliyev Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Cəlilabadda Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısı yolun tikinti işlərinin gedişini, eləcə də texniki göstəricilərini əks etdirən stendlərə baxdı. Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il sentyabrın 28-də imzaladığı Sərəncamla Prezidentin Ehtiyat Fondundan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun inşasına ilkin olaraq 2 milyon manat vəsait ayrılmışdır. Yolun tikintisinə 2012-ci ilin oktyabrında başlanmışdır. Ümumi uzunluğu 34 kilometr olan yolun eni 8 metrdir. Dördüncü texniki dərəcəyə aid olan yolun inşası zamanı kommunikasiya məsələlərinə də xüsusi diqqət yetirilmiş, 33 su ötürücüsü tikilmişdir. Qeyd edildi ki, mövcud yol bir neçə yerdə sürüşmə zonasına düşdüyü üçün hündürlüyü 2-3 metrlik yamaclar kəsilmiş, sürüşmə zonasından 10 metr kənarlaşdırılmışdır. Yol 25 yaşayış məntəqəsini birləşdirir. Bu yolun istifadəyə verilməsi 50 mindən çox əhaliyə müasir səviyyəli nəqliyyat infrastrukturundan yararlanmağa imkan verəcəkdir. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.