Gerb

21 oktyabr 2010, 11:47

Möhtərəm cənab Prezident,

75 illik yubileyim münasibətilə məni vətənin yüksək mükafatı “Şərəf” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Həyatımda böyük əhəmiyyət kəsb edən bu əlamətdar hadisəni incəsənətimizə və mədəniyyətimizə, eyni zamanda, Azərbaycan bəstəkarlarına daimi qayğı və diqqətinizin təcəssümü kimi yüksək qiymətləndirirəm. Bu müküfat bütün şüurlu həyatını, bacarıq və istedadını musiqimizin inkişafına səfr edən insan kimi məni ruhlandırır, yeni yüksəkliklərə dəvət edir. Bu mənim ömrümdə aldığın ikinci ordenimdir. İlk dəfə aldığım “Şöhrət” ordeninin Sərəncamında dahi ümummilli lider Heydər Əliyevin imzası var idi, ikinci aldığım “Şərəf” ordenimin Sərəncamında isə Onun layiqli davamçısı İlham Heydər oğlunun imzası vardır. Bu hələlik heç kimə qismət olmayıb. 

Onu da qeyd etməliyəm ki, mədəniyyətimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir. Yeni kosert zalları, yenidən əsaslı təmir olunmuş teatrlarımız, müasir olimpiya saraylarımız buna misaldır. Bu inkişafın qarşısını almaq qeyri mümkündür. Bu, Dahi Heydər Əliyev yolunun yaradıcılıqla davam etdirilməsidir. Bu, tarixin hökmüdür.

Hörmətli Prezident! 

İcazə verin öz adımdan, ailəm adından Sizə bir daha minnətdarlığımı və təşəkkürümü bildirim, şəxsən Sizə və ailə üzvlərinizə sansağlığı diləyim. Sizi əmin edirəm ki, milli musiqi sənətimizin inkişafı və çiçəklənməsi naminə bundan sonra da var qüvvəmi əsirgəmədən çalışacağam.

Böyük hörmət və ehtiramla,

Xəyyam Mirzəzadə 

Azərbaycan Respublikasının Xalq artisti, professor,
Dövlət mükafatları laureatı, Prezident təqaüdçüsü

Azərbaycan Respublikasının Bakı şəhəri.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR