|
04 sentyabr 2013, 23:05
İlham Əliyev yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev yenidən qurulan Yardımlı-Deman-Arvana avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 fevral tarixli Sərəncamı ilə Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Layihənin ümumi dəyəri 9 milyon 600 min manatdır. Avtomobil yolunun tikintisinə bu ilin aprelində başlanmışdır. İnşaat işləri “TECHNO-İNŞAAT” MMC tərəfindən həyata keçirilmişdir. Yolun ümumi uzunluğu 46 kilometrdir. Yolun eni 10 metrdir ki, bunun 6 metrini asfalt örtüyü, 4 metrini isə tikilmiş çiyin hissələri əhatə edir. Yolboyu 26 su keçidi quraşdırılmışdır. Yardımlı-Deman-Arvana avtomobil yolu 23 yaşayış məntəqəsini əhatə edir. Yolun tikintisi rayon mərkəzinin kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı inşaatçılarla görüşdü.
Prezident İlham ƏLİYEV: Salam, yaxşı iş görmüsünüz, İnşaatçılar: Çox sağ olun! Prezident İlham ƏLİYEV: Sağ olun! Hələ çəkiləsi yollar çoxdur. İş də çox olacaqdır. İnşaatçılar: Çox sağ olun! X X X Sonda xatirə şəkli çəkdirildi ![]() 04 sentyabr 2013, 23:15
İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.