Dadaş Abdullayev və başqalarından, Ağdam, Azərbaycan
05 sentyabr 2013, 11:30
Hörmətli cənab Prezident!
Biz Ağdam rayonunun Yusifcanlı kəndindən məcburi köçkün düşdükdən sonra müvəqqəti olaraq Ağcabədi rayonundakı “Qızıl Ay” çadır şəhərciyində məskunlaşmışdıq. Sizin göstərişinizlə bütün çadır şəhərcikləri ləğv edilərək orada məskunlaşmış məcburi köçkünlər yeni salınan qəsəbələrə köçürülərkən bizə də Ağdam rayonunun Qasımbəyli qəsəbəsində ev verildi. Bizim qəsəbəmizdə, həmçinin rayonumuzda məcburi köçkünlər üçün salınan digər qəsəbələrdə orta məktəblər, musiqi məktəbləri, tibb məntəqələri, həkim ambulatoriyaları, xəstəxana-poliklinika və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərir. Sakinlərin məşğulluğunu təmin etmək üçün müəssisələr yaradılıb. Qəsəbələrin yollarına asfalt-beton örtüyü çəkilib.
Hörmətli cənab Prezident, rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk. Biz Sizin apardığınız siyasətinizi bəyənirik və daim dəstəkləyirik.
Hörmətlə,
Dadaş Abdullayev
S.Hüseynov
B.Əliyev
H.Quliyev
E.Kazımov.
Azərbaycan Respublikası, Ağdam rayonu, Qasımbəyli qəsəbəsi.