|
04 sentyabr 2013, 23:43
İlham Əliyev “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin xidməti binalar kompleksinin açılışında iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsinin “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, sərhəd komendantlığının və sərhəd zastavasının şəxsi heyəti üçün yeni inşa olunan yaşayış şəhərciyi, həmçinin sərhəd komendantlığı və sərhəd zastavasının əsaslı təmir olunmuş xidməti binalar kompleksinin açılışında iştirak etmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verdi. Bildirildi ki, kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılmış, yeni tikililər inşa olunmuş, yaşıllıq zolaqları salınmışdır. Yeni şəhərciyin ərazisi 5 hektara yaxındır. Buradakı səkkizmərtəbəli binada 77, digər iki binanın hər birində isə səkkiz mənzil vardır. Şəhərcikdəki 93 xidməti mənzildə də hər cür şərait yaradılmışdır. Burada 50 yerlik uşaq bağçası və istirahət parkı da vardır. Dövlət başçısı yeni mənzillərin orderlərini sərhədçilərə təqdim etdi. Prezident İlham ƏLİYEV: Təbrik edirəm. Sərhədçilər Ali Baş Komandan, Prezident İlham Əliyevi salamladılar. Sərhədçinin həyat yoldaşı: Xoş gəlmisiniz, cənab Prezidentimiz. Prezident İlham ƏLİYEV: Sağ olun. Necəsiniz? Güzəranınız yaxşıdır? Sərhədçinin həyat yoldaşı: Bizə yaratdığınız bu şəraitə görə Sizə çox böyük minnətdarlığımızı bildiririk. İnşallah, biz ümid edirik, Azərbaycan Sizin rəhbərliyiniz ilə daha da inkişaf edəcək və yeni-yeni uğurlara imza atacaqdır. Prezident İlham ƏLİYEV: Çox sağ olun. Siz bu evdə rahat yaşayın. Şərait gözəldir. Xidmət aparmaq üçün bütün imkanlar vardır. Azərbaycan dövləti bütün lazımi tədbirləri görür. Hərbçilərin məişət problemləri, ev məsələsi həll olunur, maaşlar artır. Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü hərbi potensialı olmalıdır. Sərhədçinin həyat yoldaşı: Çox sağ olun. Minnətdarıq. Prezident İlham ƏLİYEV: Sizə uğurlar arzulayıram. Sağ olun. X X X Bildirildi ki, 25,3 kilometr məsafədə dövlət sərhədinin mühafizəsinə cavabdeh olan “Astara” sərhəd komendantlığının ikimərtəbəli qərargah binası da əsaslı təmir edilmişdir. “Astara” sərhəd zastavasının üçmərtəbəli xidməti binası da yenidənqurmadan sonra müasir standartlara cavab verir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.