|
04 sentyabr 2013, 23:45
İlham Əliyev Astarada Boks Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Gilan İdman Klubu tərəfindən Astaranın Ərçivan qəsəbəsində inşa edilmiş Boks Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, mərkəzin tikintisinə cari ilin fevralında başlanmış və avqustunda yekunlaşdırılmışdır. İdman qurğusunun ərazisində hərtərəfli abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Süni örtüklü yeni açıq mini futbol meydançası yaradılmışdır. Meydançanın işıqlandırma sistemi də müasirliyi ilə seçilir. Diqqətə çatdırıldı ki, ikimərtəbəli binanın birinci mərtəbəsində işçilər üçün hərtərəfli şəraiti olan otaqlar da vardır. Burada Beynəlxalq Boks Federasiyaları Assosiasiyasının standartlarına uyğun qurulmuş məşq salonu idmançıların ixtiyarına verilmişdir. Mərkəzdə məşqlər üçün hər cür şərait yaradılmışdır. Binanın infrastrukturu da müasir standartlara cavab verir. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.