|
06 sentyabr 2013, 16:10
İlham Əliyev İordaniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan ilə İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğuladı. İordaniya Kralı II Abdullahla görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzuladı. Adel Mohammad Adaileh ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirən iordaniyalı diplomat ölkəmizdə çalışdığı dövrdə sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi. Görüşdə Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.