|
09 sentyabr 2013, 13:00
Zahir Məmmədovdan, Zərdab, Azərbaycan
Möhtərəm Prezident! Mən Məmmədov Zahir Zakir oğlu, 2012-ci ildə Zərdab şəhəri H.Aslanov adına 3 saylı orta məktəbi bitirmişəm. Ötən il qəbul imtahanlarında 448 bal toplayaraq BDU-nun biologiya fakültəsinə qəbul olmuşdum. Lakin hələ uşaqlıqdan arzum həkim olub insanların sağlamlığının keşiyində durmaq olub. Qarşıma qoyduğum arzuya çatmaq niyyəti ilə yenidən hazırlaşmaq, biliklərimi daha da dərinləşdirmək qərarına gəldim və builki qəbul imtahanlarında 628 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul oldum.
Hörmətli cənab Prezident, mən və mənim kimi minlərlə gəncin belə uğurlar qazanmasının, xalqına, Vətəninə, dövlətinə ləyaqətlə xidmət etmək yolunda əzmkarlıq nümayiş etdirməsinin, qarşısına qoyduğu məqsədə nail olmaq üçün var gücü ilə çalışmasının və sonda öz məqsədinə nail olmasının yeganə səbəbkarı və ilhamvericisi Sizsiniz. Yaxın günlərdə rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması işlərinə başlanılması xəbəri bir daha sevincimizə yeni sevinc qatdı. Lakin rayonda həkim çatışmazlığı faktı hər kəs kimi məni də narahat edir və ixtisas seçimində haqlı olduğuma bir daha əminlik yaradır. Məqsədim ali təhsilimi başa vurduqdan sonra yüksək ixtisaslı həkim kimi doğma rayonumuza qayıtmaq və insanlara ləyaqətlə tibbi xidmət göstərməkdir. Möhtərəm Prezident, biz gənclərə göstərdiyiniz diqqət və qayğıya görə, bizim hərtərəfli inkişafımız və xoşbəxt gələcəyimiz üçün göstərdiyiniz xidmətlərə, gördüyünüz işlərə görə bütün rayon gəncləri adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Biz gənclər Sizə inanırıq, Sizə arxalanırıq. Biz xoşbəxt, firavan gələcəyimizi Sizə etibar edirik.
Dərin hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.