Gerb

09 sentyabr 2013, 18:35

Hörmətli Ramazan Hacımuradoviç,

Sizi Dağıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafı və möhkəmlənməsi bundan sonra da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çoxtərəfli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaqdır.

Hörmətli Ramazan Hacımuradoviç, Sizə möhkəm cansağlığı və dost Dağıstanın firavanlığı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 sentyabr 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR