|
10 sentyabr 2013, 12:40
İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, inşasına 2012-ci ilin martında başlanan xəstəxananın ərazisi 4,3 hektar, tikinti sahəsi 18,6 min kvadratmetrdir. Buradakı 6 blokun üçü dördmərtəbəli, digər üç blok isə üçmərtəbəlidir. Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu. Tibb ocağında poliklinika, yoluxucu xəstəliklər, şüa-diaqnostika, qadın məsləhətxanası və ailə planlaşdırma, doğum, qəbul, laboratoriya, urologiya, cərrahiyə, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Bundan əlavə, xəstələr ginekologiya, sterilizasiya, anesteziologiya, reanimasiya, lor, oftalmologiya, daxili xəstəliklər şöbələrinin xidmətlərindən də istifadə edə biləcəklər. Burada müxtəlif cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmışdır. Ən müasir avadanlığın quraşdırıldığı bu tibb ocağında kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, flüoroqraf, 4D və 3D ultrasəs müayinə aparatları, oftalmoloji kombayn və digər müasir qurğular vasitəsilə xəstələrə keyfiyyətli tibbi xidmət göstəriləcəkdir. Bütün bunlar 2003-cü ildən sonrakı dövrün Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi kimi yadda qaldığını təsdiqləyir. Bu dövr ölkədə daha çox səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, mövcud tibb ocaqlarının yenidən qurulması ilə xarakterizə olunur. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayır. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycan səhiyyəsinin son illərdə keçdiyi böyük və şərəfli yol, ilk növbədə, geniş islahatlarla xarakterizə olunur. Həyata keçirilən bu islahatlar isə ölkədə səhiyyə infrastrukturunun tamamilə yenidən qurulmasına xidmət edir. Dövlət başçısı xəstəxanada yaradılmış şəraitdən razılığını bildirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.