|
10 sentyabr 2013, 14:00
Sevil Güliyevadan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident! Bu məktubu yazmaqla bu vaxta qədər Azərbaycan Respublikası üçün gördüyünüz işlərə görə Sizə təşəkkürümü bildirirəm. Bütün dünyada Azərbaycanın müsbət imicini yaratmaq və onu möhkəmləndirmək üçün gördüyünüz işlər göz qabağındadır. Bu işlərdə Sizə dəstək olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya da dərin minnətdarlığımı bildirmək istəyirəm. Siz Azərbaycanın ideal cütlüyüsünüz, Allah ömrünüzü övlad və gül nəvələrinizlə birgə uzun etsin. Allah necə ki, dünyanın 12 iqlim qurşağından 9-nu yalnız Azərbaycana bəxş edib, Sizi və xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevi də yalnız bizlərə bəxş edib. Siz də onun davamçılarısınız. Cənnət Azərbaycandadır! Hörmətli cənab Prezident, qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilərdə Sizə uğurlar diləyirəm və Sizi dəstəkləyirəm! Növbəti beş ildə Sizin Azərbaycan üçün nə edəcəyinizi təsəvvür edirəm. Belə beşilliklərin davamlı olmasını istəyirəm. Fürsətdən istifadə edib gündən-günə gözəlləşən, doğulub və boya-başa çatdığım Sumqayıtımıza göstərdiyiniz diqqətə görə də təşəkkürümü bildirirəm. Övladlarımı hər gün gözəl və təmiz parklarda gəzdirmək, əllərindən tutub təmiz və təmirli uşaq bağçasına aparmaq bir ana kimi necə də xoşdur, axı onlar bizim Azərbaycanımızın gələcəyidirlər. Siz də Azərbaycanımızın gələcəyi üçün çalışırsınız.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.