|
10 sentyabr 2013, 17:00
İlham Əliyev Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, bu Mərkəzin yaradılması Azərbaycanın bütün bölgələri kimi, Naftalanın da inkişafına daim diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədinə xidmət edir. Şəhərin Heydər Əliyev Parkında yerləşən Mərkəzin inşasına ötən ilin avqustunda başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 722 kvadratmetrdir. Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotostendlər yaradılmışdır. Bu stendlərdə Ümummilli Liderin Naftalana səfirlərini, eləcə də mədəniyyət və idmana göstərdiyi diqqət və qayğını əks etdirən fotolar yer almışdır. Dahi siyasət xadiminin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illəri əks etdirən fotolar da böyük maraq doğurur. Bu fotolardan məlum olur ki, Azərbaycanı ən çətin sınaqlardan şərəflə çıxararaq onun müstəqillik dayaqlarını daha da möhkəmləndirən Heydər Əliyevin qoyduğu miras bu gün etibarlı əllərdədir. Xalqımız da böyük oğlunun bu misilsiz xidmətlərini unutmur. Onun ölkə və xalq qarşısındakı xidmətləri hər zaman ehtiramla yad olunur. Naftalan da daxil olmaqla, ölkəmizin bütün bölgələrində yaradılan Heydər Əliyev mərkəzləri də bu amala xidmət edir. Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən bu layihə nəticəsində gənc nəsil Ulu Öndərin irsini daha dərindən öyrənir və bütün bunlar da Heydər Əliyev siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini göstərir. Mərkəzdə müxtəlif tədbirlərin kеçirilməsi üçün 120 nəfərlik konfrans zalı, elektron kitabxana, xarici dil kursları, internet otağı, rəsm qalereyası və kiçik konfrans zalı da yaradılmışdır. Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi. ![]() 10 sentyabr 2013, 17:25
İlham Əliyev Naftalanda “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.