|
10 sentyabr 2013, 17:25
İlham Əliyev Naftalanda “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Naftalanda “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Dövlət başçısının diqqətinə çatdırıldı ki, sanatoriyanın ümumi sahəsi 5 hektardır. Tikintisinə 2012-ci ildə başlanılan sanatoriyanın binası beşmərtəbəli olacaqdır. Burada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. Tikintialtı sahəsi 9500 kvadratmetr olan sanatoriyada inşaat işlərinin yaxın gələcəkdə başa çatdırılması planlaşdırılır. İnşaat işləri başa çatdıqdan sonra burada həm yerli, həm də xaricdən gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılacaqdır. Bu layihənin icrası nəticəsində təbii ki, Naftalana istirahətə və müalicə olunmağa gələnlərin sayı daha da artacaqdır. Ölkəmizdə turizm infrastrukturunun yaradılmasına böyük diqqət göstərən Prezident İlham Əliyevin qayğısı nəticəsində artıq Naftalanın da nəhəng turizm mərkəzinə çevrilməsi prosesi uğurla davam etdirilir. Azərbaycan Prezidenti tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi. ![]() 10 sentyabr 2013, 17:00
İlham Əliyev Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
more...
10 sentyabr 2013, 17:10
İlham Əliyev Naftalan şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.