|
10 sentyabr 2013, 17:55
İlham Əliyev Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılış mərasimində iştirak etmişdir
Prezident İlham Əliyev Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılış mərasimində iştirak etmişdir. Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq Dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter almışdır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Şəmkir şəhərində də yeni inşa olunan Uşaq Akademiyası bu sırada uğurla davam etdirilən islahatların məntiqi nəticəsidir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, Uşaq Akademiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur. Binanın tikintisinə ötən ilin mayında başlanılmış, bu ilin iyununda başa çatdırılmışdır. Akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərəcək akademiyaya uşaqlar iki yaşından qəbul ediləcəklər. Burada uşaqlarla dünyada məşhur olan “Kiddie Academy” tədris proqramı əsasında hazırlıq prosesi keçiriləcəkdir. Dünyanın 65-dən çox ölkəsində tədris olunan bu proqram aparıcı məktəbəqədər təhsil proqramlarından biridir. Azərbaycan Prezidenti akademiyada yaradılan şəraitlə tanış oldu. Binanın foyesində və otaqlarda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri qayğını əks etdirən fotolar sərgilənir. Burada balacaların istirahəti üçün xüsusi guşələr yaradılmışdır. Binada uşaqların keyfiyyətli tədrisi üçün sinif otaqları, eləcə də mətbəx və yeməkxana da balacaların zövqünə uyğun qurulmuşdur. Bundan başqa, akademiyada dörd yataq otağı, incəsənətə maraq göstərən uşaqlar üçün isə art-studiya vardır. ![]() 10 sentyabr 2013, 17:45
İlham Əliyev Şəmkirdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.