İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə

11 sentyabr 2013, 15:02

Hörmətli cənab Prezident,

Tehran-Qum yolunda baş vermiş ağır nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 sentyabr 2013-cü il.