|
11 sentyabr 2013, 16:35
Zaur Mirzəyevdən, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin sərhədçilərlə keçirdiyiniz müşavirə zamanı baş verən zəlzələ anında göstərdiyiniz sərkərdəyə layiq soyuqqanlılığınız məni valeh etdi və qərara aldım ki, bu məktubumla Sizə minnətdarlığımı bildirim. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın inkişafı Sizin səyləriniz və bacarığınız nəticəsində ən yüksək həddə çatmışdır. Ona görə də biz Azərbaycan gəncləri bu əmin-amanlığın, sabitliyin qarantı olan, Azərbaycan naminə öz sıralarında sıravi kəndlidən tutmuş alimə qədər Azərbaycan vətəndaşlarını birləşdirməyi bacaran Yeni Azərbaycan Partiyasının və müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevi hörmətlə anırıq. Sizin xeyir-duanızla inşa edilən Şirvan Müalicə-Diaqnostika Mərkəzində mühəndis vəzifəsində çalışıram. Çalışdığım müəssisədə gənclər təşkilatının sədr müaviniyəm. 260 nəfərdən ibarət olan kollektivimiz daim Sizin Azərbaycanımıza, o cümlədən Şirvanlılara olan qayğınızdan fəxrlə danışır.
Ölkəmizdə aparılan quruculuq-abadlıq işləri bizə əsas verir ki, bizə və xalqa layiq olanı seçək. Bizim seçimimiz bəllidir. Üzvü olduğumuz partiyanın yaradıcısının layiqli davamçısına. Qarşıdan gələn prezident seçkilərində biz şirvanlılar və çalışdığımız müəssisənin kollektivi yekdilliklə Sizi dəstəkləyəcəyik. Buna əmin ola bilərsiniz. Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, ailə səadəti, bu çətin və məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.