|
11 sentyabr 2013, 17:45
İlham Əliyev Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
Prezident İlham Əliyev Bakının Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi ardıcıl surətdə davam etdirilir. Əvvəlcə Prezident İlham Əliyev 53 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, məktəbin birinci korpusu 1961-ci ildə inşa olunmuşdur. 2008-ci ildə 360 şagird yerlik ikinci korpus inşa edilmişdir. Hazırda məktəbdə 1780 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbdə əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, şahmat və musiqi otaqları müasir şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilmişdir. Daha sonra Prezident İlham Əliyev 21 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış oldu. Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, məktəbin binası 1953-cü ildə inşa edilmiş, ilk vaxtlar gecə məktəbi, 1958-ci ildən 8 illik, 1976-cı ildən isə tam orta məktəb kimi fəaliyyət göstərmişdir. Azərbaycan Prezidenti ötən il sentyabrın 5-də 21 nömrəli məktəbdə olarkən şagird sıxlığının aradan qaldırılması məqsədi ilə yeni korpusun inşa olunması ilə bağlı yerindəcə göstərişlər vermişdi. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq 17 sinif otağından ibarət 340 şagird yerlik üçmərtəbəli yeni korpus ən müasir standartlara uyğun şəkildə inşa olunmuşdur. Bundan əlavə, məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri, açıq və qapalı idman meydançaları, iclas zalı, kitabxanası, yeməkxanası, tibb otağı əsaslı şəkildə yenidən qurulmuş və müasir avadanlıqla təchiz edilmişdir. Prezident İlham Əliyev yaradılan şəraitlə yaxından tanış oldu. ![]() 10 sentyabr 2013, 18:15
İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.