|
10 sentyabr 2013, 18:15
İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, mərkəzdə tikinti işlərinə ötən ilin mayında başlanılmış, bir il sonra başa çatdırılmışdır. Bayraq Meydanının yanında inşa edilən mərkəz fərqli dizayna malikdir. Ümumi sahəsi 3355 kvadratmetr olan mərkəz iki mərtəbədən ibarətdir. Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Şəmkir rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılmışdır. Prezident İlham Əliyev “Zəka” İntellektual Gənclər Mərkəzinin çəkiliş pavilyonu ilə tanış oldu. Diqqətə çatdırıldı ki, müasir studiya avadanlığı və işıqlandırma sistemi ilə təchiz edilən pavilyondan media-yayım imkanı yaradan resurs kimi istifadə olunacaq, gənclərə internet televiziya və radio, yeni formatlı intellektual verilişlər, eləcə də media layihələrinin hazırlanması üçün şərait yaradılacaqdır. Dövlətimizin başçısı mərkəzin 3 min kitab fonduna malik kitabxanası ilə tanış oldu. Bildirildi ki, mərkəzin binasında gənclərin intellektual inkişafına şərait yaratmaq və istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək məqsədi ilə müxtəlif təyinatlı funksional otaqlar fəaliyyət göstərir. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait yaradılmışdır. Mərkəz şəmkirli gənclərin asudə vaxtlarının daha səmərəli keçməsində müsbət rol oynayacaqdır. Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.