|
10 sentyabr 2013, 18:35
İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, kilsədə bərpa işlərinə 2012-ci ilin mayında başlanılmış, bu ilin iyulunda sona çatdırılmışdır. 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə uzun illərdən sonra yenidən bərpa olunmuş, ərazisi abadlaşdırılmış və park salınmışdır. Parkda rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmış, uşaq attraksionları quraşdırılmışdır. Binada müxtəlif dini ayinlərin təşkili üçün zal da vardır. Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilmişdir. Kilsənin ərazisi 10 hektardır. Diqqətə çatdırıldı ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində aparılan yenidənqurma işləri tarixi keçmişimizə və dini-mənəvi dəyərlərimizə himayədarlıq missiyasının daha bir əyani nümunəsidir. Şəmkirdə əsaslı bərpa olunan Alman Lüteran kilsəsi bu amala xidmət edir. Kilsə ilə tanış olan Prezident İlham Əliyev burada quraşdırılan orqanın müşayiəti ilə xor kollektivinin çıxışını dinlədi. Dövlətimizin başçısı kilsədə yaradılmış şəraitdən razılığını bildirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.