|
22 oktyabr 2010, 21:14
İlham Əliyev Şamaxı Cümə məscidində aparılan bərpa işlərinin gedişi ilə tanış olmuşdur
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşlar.
Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması, dini memarlıq abidələrimizin bərpası istiqamətində həyata keçirdiyi layihələr və tədbirlər, ilk növbədə xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Fondun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan yenidənqurma işləri Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.