|
12 sentyabr 2013, 16:15
İlham Əliyev Sudanın Azərbaycandakı səfirinin etimadnaməsini qəbul etmişdir
Prezident İlham Əliyev Sudan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqın etimadnaməsini qəbul etmişdir. Mohamed Elias Mohamed əl-Haq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, enerji, kənd təsərrüfatı, təhsil və digər sahələrdə inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu dedi. Ölkələrimizin BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda fəal əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd etdi. Prezident İlham Əliyev səfirin ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Dövlət başçısı Prezident Ömər Həsən Əhməd Əl-Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi. ![]() 10 sentyabr 2013, 18:10
İlham Əliyev Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.