|
12 sentyabr 2013, 16:00
Fazil Məmmədov və başqalarından, Bakı, Azərbaycan
Möhtərəm Prezident! Biz Sizin xalqımız qarşısında misilsiz xidmətlərinizi ürəkdən bəyənir və böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Sizin gərgin əməyiniz, şəxsi nəzarətiniz, müdrik rəhbərliyiniz sayəsində iqtisadiyyatımız, təhsilimiz, səhiyyəmiz, mədəniyyətimiz, musiqimiz, idmanımız inkişaf edir, əhalinin sosial rifahı yüksəlir, ölkəmizin beynəlxalq nüfuzu artır. Tikilmiş körpülərə, salınmış parklara, göz oxşayan asfalt yollara, yeni tikilmiş və təmir edilmiş təhsil, səhiyyə ocaqlarına, bərpa olunmuş tarixi abidələrə nəzər saldıqca, sonsuz sevinc və qürur hissi keçiririk. Hörmətli cənab Prezident, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da tikinti, quruculuq, abadlıq və təmizlik işləri geniş vüsət almışdır. Pirallahı rayonunun yaradılması barədə verdiyiniz Sərəncamdan sonra həmin işlər daha da sürətlənmişdir. Bu qərar sakinlərimiz üçün böyük hədiyyədir. İndi onların rahat və firavan yaşaması üçün bütün şərait yaradılmışdır. Rayonumuzda 24 saat fasiləsiz su verilməsi üçün su və kanalizasiya xətləri çəkilmiş, istilik sistemi qurulmuş, nümunəvi məhəllələr, uşaq şəhərciyi yaradılmış, yollar abadlaşdırılmış, yeni dayanacaqlar quraşdırılmışdır. Möhtərəm Prezident, bütün bunlara görə rayonumuzun ağsaqqalları, ağbirçəkləri, bütün sakinləri Sizə hədsiz dərəcədə minnətdardırlar. Qoy Ulu Tanrı Sizi Azərbaycan xalqına çox görməsin! İnşallah, Sizin rəhbərliyinizlə ölkəmiz yeni-yeni uğurlar qazanacaqdır. Xalqımızın rifahı naminə gələcək fəaliyyətinizdə Sizə uğurlar diləyirik.
Hörmət və ehtiramla, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.