Fazil Məmmədov və başqalarından, Bakı, Azərbaycan
12 sentyabr 2013, 16:00
Möhtərəm Prezident!
Biz Sizin xalqımız qarşısında misilsiz xidmətlərinizi ürəkdən bəyənir və böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Sizin gərgin əməyiniz, şəxsi nəzarətiniz, müdrik rəhbərliyiniz sayəsində iqtisadiyyatımız, təhsilimiz, səhiyyəmiz, mədəniyyətimiz, musiqimiz, idmanımız inkişaf edir, əhalinin sosial rifahı yüksəlir, ölkəmizin beynəlxalq nüfuzu artır. Tikilmiş körpülərə, salınmış parklara, göz oxşayan asfalt yollara, yeni tikilmiş və təmir edilmiş təhsil, səhiyyə ocaqlarına, bərpa olunmuş tarixi abidələrə nəzər saldıqca, sonsuz sevinc və qürur hissi keçiririk.
Hörmətli cənab Prezident, ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da tikinti, quruculuq, abadlıq və təmizlik işləri geniş vüsət almışdır. Pirallahı rayonunun yaradılması barədə verdiyiniz Sərəncamdan sonra həmin işlər daha da sürətlənmişdir. Bu qərar sakinlərimiz üçün böyük hədiyyədir. İndi onların rahat və firavan yaşaması üçün bütün şərait yaradılmışdır. Rayonumuzda 24 saat fasiləsiz su verilməsi üçün su və kanalizasiya xətləri çəkilmiş, istilik sistemi qurulmuş, nümunəvi məhəllələr, uşaq şəhərciyi yaradılmış, yollar abadlaşdırılmış, yeni dayanacaqlar quraşdırılmışdır.
Möhtərəm Prezident, bütün bunlara görə rayonumuzun ağsaqqalları, ağbirçəkləri, bütün sakinləri Sizə hədsiz dərəcədə minnətdardırlar. Qoy Ulu Tanrı Sizi Azərbaycan xalqına çox görməsin! İnşallah, Sizin rəhbərliyinizlə ölkəmiz yeni-yeni uğurlar qazanacaqdır. Xalqımızın rifahı naminə gələcək fəaliyyətinizdə Sizə uğurlar diləyirik.
Hörmət və ehtiramla,
Fazil Məmmədov
Güləhməd Məmmədov
Kərəm Namazov
Həsən Rüstəmov
Əhmədov Oktay və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.
