|
13 sentyabr 2013, 15:20
İlham Əliyev Xalq Artisti Arif Məlikova “Heydər Əliyev” ordeni təqdim etmişdir
Prezident İlham Əliyev Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Arif Məlikova Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni təqdim etmişdir. Siz, eyni zamanda, pedaqoq, müəllim kimi öz işinizi davam etdirirsiniz. Gənc bəstəkarların hazırlanmasında sizin böyük rolunuz vardır. Siz Azərbaycan xalqının fəxrisiniz. Böyük bəstəkar və Azərbaycan musiqisinin klassikisiniz. Bu, həqiqətdir. Bir məsələni də vurğulamaq istəyirəm ki, sizin həmişə çox açıq-aydın və birmənalı vətəndaşlıq mövqeyiniz olmuşdur. Siz bütün dövrlərdə həqiqəti, ədaləti müdafiə etmisiniz. Bütün dövrlərdə öz mövqeyinizi bildirmisiniz. Yəni, bu, hər bir ziyalı, hər bir vətəndaş üçün örnək olmalıdır. Hər bir insanın, xüsusilə cəmiyyətdə böyük nüfuza malik olan insanların vətəndaşlıq mövqeyi olmalıdır. Xalqımız, millətimiz üçün ən ağır günlərdə - 20 Yanvar faciəsi baş verdikdə siz Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdınız. O vaxt Azərbaycan müstəqil dövlət deyildi, bizim informasiya çatdırmaq imkanlarımız çox məhdud idi, Sovet İttifaqında azad mətbuat yox idi. Bax, sizin kimi tanınmış insanlar vasitəsilə Azərbaycan xalqının haqq səsi dünyaya çatdırılırdı. Bunu mən xüsusi vurğulamaq istəyirəm ki, əsl ziyalını fərqləndirən cəhətlərdən biri də onun vətəndaşlıq mövqeyidir, öz xalqına bağlılığıdır, öz dövlətinə sədaqətidir. Sovet dövründə və müstəqillik dövründə sizin fəaliyyətiniz yüksək qiymətləndirilmişdir. 1998-ci ildə siz Azərbaycan dövlətinin o vaxtkı ən böyük ordeni olan “İstiqlal” ordeni ilə təltif edilmisiniz. Ulu öndər Heydər Əliyev tərəfindən bu orden sizə verilmişdir. Ulu öndər Heydər Əliyev ilə sizi şəxsi əlaqələr bağlayırdı. Mən bilirəm ki, hər iki tərəfdən böyük hörmət göstərilirdi. Sizin dostluq münasibətləriniz, hesab edirəm ki, cəmiyyət üçün də çox əhəmiyyətli idi. Bu gün siz 80 illik yubileyinizi hər zaman olduğu kimi, böyük ruh yüksəkliyi ilə, çox yaxşı fiziki formada qarşılayırsınız. Mən buna çox sevinirəm. Bu gün müstəqil dövlətimizin ən ali ordeni olan “Heydər Əliyev” ordenini sizə təqdim etmək istəyirəm. Bu gün mənim Sərəncamımla siz “Heydər Əliyev” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu ali mükafatı sizə təqdim edim. X X X Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Xalq Artisti Arif Məlikova təqdim etdi. X X X Arif MƏLİKOV dedi: Bilirsiniz, deyir, “Ot kökü üstə bitir”. Mən şübhə etmirdim ki, Sizinlə belə söhbət olanda bu qədər dəqiq və dünya düşüncəsindən ortaya gələn məsələlər vardır. Bu qədər sözlərinizdən sonra mən fəxrlə bir şeyi deyə bilərəm ki, bu gün nə Azərbaycanda, nə də başqa ölkələrdə yaşayan bəstəkarın 60-dan çox premyerası olub, ikinci, mən bununla fəxr edirəm. Çünki o proqramın üstündə mən mütləq yazıram, mən azərbaycanlıyam. Fəxr edirəm ki, “Məhəbbət əfsanəsi” ilə, bütün əsərlərimlə mən öz Vətənimə, öz torpağıma borcluyam. Bu, təbiidir. Bunu Sizin sözlərinizdən sonra deyirəm. Əgər Allah bizim ömrümüzü bir az da uzatsa, hələ qabaqda böyük əsərlər yazmaq üçün düşüncələr var və onların üzərində çalışıram. Bilirsiniz, o qədər gözəl sözlər dediniz. Mən doğrudan da Sizin atanızla yaxın olmuşam. Siz dediniz, “İstiqlal” ordenini mənim boynuma asıb. Bu, mənim üçün fəxrdir. Amma ondan böyüyü də şəxsən onun mənim sənətimə verdiyi qiymət və onun təhlilidir. Mən sözümdə və sənətimdə çalışacağam ki, o şeyləri doğruldum. Sizə təşəkkür edirəm. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.