|
13 sentyabr 2013, 16:30
Qəzənfər Teymurovdan, Naftalan, Azərbaycan
Möhtərəm Prezident! Naftalanın tərəqqisinə, gündən-günə çiçəklənməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə şəhər ictimaiyyətinin hədsiz minnətdarlığını çatdırmağı özümə borc və şərəf bilirəm. Kurort şəhəri olan Naftalanın tərəqqisinə, sosial-iqtisadi inkişafına böyük önəm verdiyiniz üçün çox sağ olun. Ulu öndər Heydər Əliyev Naftalanın kurort şəhəri kimi formalaşmasına misilsiz diqqət və qayğı göstərmişdir, bu gün Siz bu diqqət və qayğını davam etdirirsiniz. Şükürlər olsun ki, Sizin diqqətiniz sayəsində bu gün Naftalanı sözün yaxşı mənasında tanımaq olmur. Şəhərimizin infrastrukturu gündən-günə tamamilə təkmilləşir. Yol, qaz və işıqla bağlı problemlər öz həllinin tapsa da, içməli su problemi hələ də qalmaqda idi. Naftalana içməli suyun verilməsi ilə Siz bizim bu problemimizi də həll etdiniz. İndi bizə gün ərzində fasiləsiz, keyfiyyətli, içməli su verilir. Çox sağ olun, cənab Prezident! Bütün bunlar onu deməyə əsas verir ki, Naftalan yaxın gələcəkdə dünyanın kurort şəhərləri sırasında ən yüksək yerdə olacaqdır. Möhtərəm Prezident, bir daha Naftalan şəhərinin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə şəhərimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Biz naftalanlılar şəhərimizin inkişafı ilə əlaqədar aparılan işlərin daha da genişləndirilməsi üçün bundan sonra da səylə çalışacaq, Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyəcəyik.
Dərin hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.