Qəzənfər Teymurovdan, Naftalan, Azərbaycan
13 sentyabr 2013, 16:30
Möhtərəm Prezident!
Naftalanın tərəqqisinə, gündən-günə çiçəklənməsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə şəhər ictimaiyyətinin hədsiz minnətdarlığını çatdırmağı özümə borc və şərəf bilirəm. Kurort şəhəri olan Naftalanın tərəqqisinə, sosial-iqtisadi inkişafına böyük önəm verdiyiniz üçün çox sağ olun. Ulu öndər Heydər Əliyev Naftalanın kurort şəhəri kimi formalaşmasına misilsiz diqqət və qayğı göstərmişdir, bu gün Siz bu diqqət və qayğını davam etdirirsiniz. Şükürlər olsun ki, Sizin diqqətiniz sayəsində bu gün Naftalanı sözün yaxşı mənasında tanımaq olmur. Şəhərimizin infrastrukturu gündən-günə tamamilə təkmilləşir. Yol, qaz və işıqla bağlı problemlər öz həllinin tapsa da, içməli su problemi hələ də qalmaqda idi. Naftalana içməli suyun verilməsi ilə Siz bizim bu problemimizi də həll etdiniz. İndi bizə gün ərzində fasiləsiz, keyfiyyətli, içməli su verilir. Çox sağ olun, cənab Prezident!
Bütün bunlar onu deməyə əsas verir ki, Naftalan yaxın gələcəkdə dünyanın kurort şəhərləri sırasında ən yüksək yerdə olacaqdır.
Möhtərəm Prezident, bir daha Naftalan şəhərinin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə şəhərimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq. Biz naftalanlılar şəhərimizin inkişafı ilə əlaqədar aparılan işlərin daha da genişləndirilməsi üçün bundan sonra da səylə çalışacaq, Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyəcəyik.
Dərin hörmətlə,
Teymurov Qəzənfər Ağalar oğlu.
Azərbaycan Respublikası, Naftalan rayonu.
