|
13 sentyabr 2013, 16:40
“Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin X iclasının iştirakçılarına
Hörmətli iclas iştirakçıları! “Qara dəniz - Xəzər dialoqu” ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin Müşavirəsinin X iclasının keçirilməsi münasibətilə sizi təbrik edir və işinizdə uğurlar arzulayıram. Dövlət orqanları sırasında xüsusi yer tutan kəşfiyyat xidmətləri milli maraqların qorunmasını təmin etməklə dövlətin sabit və davamlı inkişafı üçün şərait yaradır. Son iyirmi ildə yeni müstəqil dövlətlərin yaranması beynəlxalq münasibətlərə öz mühüm təsirini göstərmişdir. “Qara Dəniz - Xəzər dialoqu” ölkələrinin region yaxınlığı, qarşılaşdığı problemlərin və çağırışların oxşarlığı bizim ümumi maraqlardan çıxış etməyimizi gündəmə gətirir. Terrorçuluq, separatizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya kimi cinayətlər dövlətlərin sülh şəraitində yaşamasına ciddi təhlükə yaradır. Ona görə də xalqlarımızın ümumi rifahına və inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi də zəruridir. Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində narkotiklərin və silahların qanunsuz dövriyyəsi, habelə digər cinayətlərin vüsət alması bütövlükdə region üçün təhlükə doğurur. Bu baxımdan, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ölkələrimizin xüsusi xidmət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini şərtləndirir. Əminəm ki, ölkələrimizin kəşfiyyat orqanları arasında əməkdaşlığın təşviqi və dərinləşdirilməsi qlobal və regional təhlükəsizliyə qarşı təhdidlərə, müasir dövrün çağırışlarına qarşı mübarizənin səmərəsini artıracaq, bu sahədə qarşılıqlı razılaşdırılmış siyasətin yürüdülməsinə imkan yaradacaqdır.
Sizi bir daha sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik naminə səylərimizi birləşdirməyə çağırıram. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.