Gerb

13 sentyabr 2013, 20:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 582-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 89; 2009, № 7, maddə 532) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1-ci bənddən “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin” sözləri çıxarılsın.

2. 2.2-ci bəndə “7-ci maddəsində” sözlərindən sonra “, 11-ci maddəsinin ikinci, üçüncü hissələrində və altıncı hissəsinin birinci cümləsində” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 sentyabr 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR