Gerb

16 sentyabr 2013, 15:00

Möhtərəm Prezident!

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına həmişə xüsusi diqqət və qayğı göstərmişdir. Artıq 10 ildir ki, ulu öndərimizin bu siyasi kursunu Siz inamla davam etdirərək, qədim və ulu mədəniyyətimizin çiçəklənməsi və tərəqqisi yolunda uğurlu addımlar atırsınız.

Bu günlərdə elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin artırılması barədə imzaladığınız sərəncamlar ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Respublikasının Auditorlar Palatasında da böyük fərəh və minnətdarlıq hissi ilə qarşılanmışdır.

Hörmətli cənab Prezident, Auditorlar Palatasının əməkdaşları qarşıdan gələn prezident seçkilərində Sizə alternativ namizəd görmür və yenidən Sizi dəstəkləyir, Sizə güvənirlər. Bizim seçimimiz müstəqil Azərbaycanın tərəqqisinə xidmət edən seçimdir.

Doğma Vətənimizin inkişafı naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmət və minnətdarlıq hissi ilə,

Hacıyev Mübariz Şirəli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR