|
16 sentyabr 2013, 15:50
İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul etmişdir
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul etmişdir. “Məktəbdə şahmat” proqramının Azərbaycanda fəal şəkildə tətbiq olunmasının əhəmiyyətinə toxunan Kirsan İlümjinov 2009-cu ildə Prezident İlham Əliyevin Fərmanı ilə ölkəmizdə şahmatın inkişafına dair Dövlət Proqramının təsdiq olunmasının önəmini qeyd etdi. O, Azərbaycanda şahmatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirdi. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Rusiya Federasiyasının Xantı-Mansiysk vilayətində ilk dəfə keçirilən sürətli şahmat üzrə dünya çempionatında Şəhriyar Məmmədyarovun qalib gəlməsini ölkəmizdə şahmatın inkişafının yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlət başçısı “Məktəbdə şahmat” proqramının Azərbaycanda ardıcıl olaraq davam etdiriləcəyinə əminliyini ifadə etdi. Ölkəmizdə şahmatın uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bütün şəhərlərində şahmat məktəblərinin bərpa edildiyini dedi. Ölkəmizdə “Baku Open-2013” Beynəlxalq Şahmat Festivalına hazırlıq işlərinin görüldüyünü deyən dövlətimizin başçısı Azərbaycanın təşəbbüslərinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkürünü bildirdi. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.