|
17 sentyabr 2013, 12:15
Aydın Feyziyev və başqalarından, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin gərgin və yorulmaz fəaliyyətiniz, ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində ölkəmiz sürətlə inkişaf edir, xalqımızın rifahı durmadan yüksəlir. Əmək haqları və pensiyalar mütəmadi olaraq artırılır, ən ucqar kəndlərdə belə yeni-yeni sosial obyektlər, məktəblər tikilib istifadəyə verilir. Bütün bunlar Sizin xalqımıza olan yüksək diqqət və qayğınızın təzahürüdür. Hörmətli cənab Prezident, bizim yaşadığımız kəndlərin sakinləri də bu diqqət və qayğıdan kənarda qalmamışlar. Bu il sentyabrın 14-də verdiyiniz Sərəncamla Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi məqsədilə maliyyə vəsaiti ayırmağınız onların böyük sevincinə səbəb olmuşdur. Həmin yolun tikintisi sakinlərimizin rahat gediş-gəlişini təmin edəcəkdir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Möhtərəm Prezident, biz Sizin Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi sahəsində fəaliyyətinizi daim dəstəkləyirik. Fəxr edirik ki, xalqını sevən, ölkənin hər bir vətəndaşının qayğısına qalan Sizin kimi müdrik Prezidentimiz vardır.
Dərin hörmət və səmimiyyətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.