Aydın Feyziyev və başqalarından, Lerik, Azərbaycan
17 sentyabr 2013, 12:15
Hörmətli cənab Prezident!
Sizin gərgin və yorulmaz fəaliyyətiniz, ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində ölkəmiz sürətlə inkişaf edir, xalqımızın rifahı durmadan yüksəlir. Əmək haqları və pensiyalar mütəmadi olaraq artırılır, ən ucqar kəndlərdə belə yeni-yeni sosial obyektlər, məktəblər tikilib istifadəyə verilir. Bütün bunlar Sizin xalqımıza olan yüksək diqqət və qayğınızın təzahürüdür.
Hörmətli cənab Prezident, bizim yaşadığımız kəndlərin sakinləri də bu diqqət və qayğıdan kənarda qalmamışlar. Bu il sentyabrın 14-də verdiyiniz Sərəncamla Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi məqsədilə maliyyə vəsaiti ayırmağınız onların böyük sevincinə səbəb olmuşdur. Həmin yolun tikintisi sakinlərimizin rahat gediş-gəlişini təmin edəcəkdir. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm Prezident, biz Sizin Ulu öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi sahəsində fəaliyyətinizi daim dəstəkləyirik. Fəxr edirik ki, xalqını sevən, ölkənin hər bir vətəndaşının qayğısına qalan Sizin kimi müdrik Prezidentimiz vardır.
Dərin hörmət və səmimiyyətlə,
Feyziyev Aydın
Qəribov Babulla
Həşimov Xanverdi
Məmmədov Güloğlan
Ağayev İslam və başqaları.
Azərbaycan Respublikası, Lerik rayonu.
