Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Ruslan Nəbiyevdən, Bakı, Azərbaycan

Text size Plus Minus

17 sentyabr 2013, 12:35

Hörmətli cənab Prezident!

Mən Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbəsiyəm. Bu məktubu yazmaqla Sizə minnətdarlığımı bildirmək istəyirəm. Ölkəmiz gündən-günə çiçəklənir, inkişaf edir. Bütün bunlar Sizin uğurlu fəaliyyətinizin nəticəsində baş verir. Yaxşı ki, Siz varsınız. Qarşıda gələn prezident seçkilərində Sizə uğurlar arzulayıram. Xalqımız Sizi sevir və daim dəstəkləyir. Şəxsən mən özüm də Sizi dəstəkləyirəm və əminəm ki, qarşıdan gələn seçkilərdə Siz yenidən qalib gələcəksiniz.

Möhtərəm Prezident, çox sağ olun ki, xalqımız üçün belə gözəl imkanlar yaradırsınız. Onların şikayətlərini qeydə alıb problemlərini həll edirsiniz. Mən də yaratdığınız bu imkanlardan yararlanaraq, Sizə ürək sözlərimi çatdırıram. Sizə bir daha minnətdarlığımı bildirirəm. Sonda məktubumu xalqımızın ümummilli lideri Heydər Əliyevin dəyərli bir fikri ilə yekunlaşdırmaq istəyirəm. “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Biz buna inanırıq.

Hörmətlə,

Nəbiyev Ruslan.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi