Gerb

17 sentyabr 2013, 17:03

Hörmətli cənab Prezident!

Son illər respublikamızın müxtəlif bölgələrində aparılan tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Sizin rəhbərliyiniz altında ölkəmiz durmadan inkişaf edir, iqtisadiyyatımız güclənir. Bunun nəticəsidir ki, artıq kəndarası yolların tikintisi üçün büdcədən vəsait ayrılır.

2013-cü il sentyabrın 14-də rayonumuzun ən ucqar kəndlərini birləşdirən Noda-Şingədulan-Xanagah yolunun əsaslı tikintisi məqsədilə imzaladığınız Sərəncam biz Xanagah kənd sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Bu yol bizim rahatlığımızı təmin etməklə bərabər, kəndimizə gələnlərin sayını xeyli artıracaqdır. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz vardır. Əmin ola bilərsiniz ki, biz həmişə Sizin arxanızdayıq və Sizi dəstəkləyirik.

Allah Sizi qorusun!

Hörmətlə,

Nəhmətov Nadir
Qurbanov Təzəxan
Piriyev Nadir
Nəhmətov Abdulhəsən
Qurbanov Firdovsi və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR