Babulla Mərdiyev və başqalarından, Lerik, Azərbaycan
17 sentyabr 2013, 17:30
Hörmətli cənab Prezident!
Son 10 ildə Azərbaycanda bütün sahələr üzrə analoqu olmayan sürətli inkişaf müşahidə edilir. Bu inkişaf bizim rayonumuzda, Lerikdə də özünü aydın şəkildə göstərir. Yeni məktəblər, sosial obyektlər tikilir, yollar salınır. Bütün bunlar Sizin rayonumuza olan diqqət və qayğınız sayəsində baş verir.
Möhtərəm Prezident, Noda-Şinqədulan-Xanagah avtomobil yolunun tikintisi məqsədilə imzaladığınız Sərəncam bu diqqətin bariz nümunəsidir.
Kəndimizin avtomobil yolunun tikintisinə göstərdiyiniz köməkliyə görə kənd əhalisi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, biz Sizi daim dəstəkləyəcəyik.
Hörmətlə,
Mərdiyev Babulla
Fətullayev Dadrus
Huseynov Xanhuseyn
Ağayev Sahil və başqaları.
Azərbaycan Respublikası, Lerik rayonu.
