|
18 sentyabr 2013, 14:30
İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir
Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir. Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular. Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan Prezidentinə məlumat verdi ki, ərazisi 5 hektar olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı tamamilə yenidən qurulmuşdur. Ərazidə yol və keçidlərə 2500 kvadratmetr asfalt döşənmiş, geniş yaşıllıq işləri aparılmışdır. İstirahət məkanında dörd kölgəlik quraşdırılmış, 60 oturacaq qoyulmuş, işıqlandırma sistemi və parkın ətrafındakı hasarlar yenilənmişdir. Parkda ulu öndər Heydər Əliyevin portretlərindən ibarət mozaik pannolar yaradılmışdır. Burada müasir işıqlandırma sistemi ilə təchiz edilmiş musiqili fəvvarə tikilmişdir. Dairəvi şəkilli ikinci fəvvarə dekorativ elementlərlə bəzədilmişdir. Quba rayonunun ən gözəl yerlərindən birində salınan bu parkın yenidən və ən müasir standartlar səviyyəsində qurulması əhalinin istirahətinin təşkilində mühüm rol oynayır. ![]() 18 sentyabr 2013, 15:30
İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.