|
18 sentyabr 2013, 16:15
İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdi
Prezident İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısına və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan bina şəhərin gözəlliyini daha da artırır. Üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Diqqətə çatdırıldı ki, Quba Rayon İcra Hakimiyyətinin hazırda yerləşdiyi bina 1959-cu ildə inşa olunmuşdur. Bina təmir olunsa da iş şəraiti üçün əlverişli deyildi. Yeni bina Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşir. Binanın inşasına ötən ilin avqustunda başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmışdır. Foyedə ölkəmizin inkişafında böyük xidmətləri olmuş ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət stend quraşdırılmışdır. Burada Ulu Öndərin müxtəlif illərdə Quba rayonuna səfərlərini əks etdirən fotolar xüsusilə böyük maraq doğurur. Binanın interyeri zövqlə tərtib olunmuşdur. Ümumilikdə binada 35 iş otağı vardır. Geniş otaqlarda hər cür şərait yaradılmışdır. Ən müasir tələblər səviyyəsində qurulan 250 yerlik akt zalı müasir səs sistemi ilə təchiz olunmuşdur. Burada rayonun ictimai-siyasi həyatı ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Binada müasir avadanlığın quraşdırıldığı 50 nəfərlik yeməkxana da fəaliyyət göstərir. Binada vətəndaşların qəbulu üçün ayrıca otaq da yaradılmışdır. Burada vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün geniş imkanlar vardır. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldular. Mərkəzdə rayonun icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür. Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 25 yerlik zal müasir tələblərə cavab verir. Memarlıq və tikinti şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə Quba şəhərinin baş planı, rayonun elektron xəritəsi və görülən işlərlə bağlı geniş məlumat verildi. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. ![]() 18 sentyabr 2013, 15:30
İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişdir
more...
18 sentyabr 2013, 17:00
İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.