|
18 sentyabr 2013, 17:50
İlham Əliyev Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak etmişdir. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Azərbaycan Prezidenti “Yaşıl teatr”ın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə yaradılan teatrın tikintisinə bu ilin əvvəlində başlanılmışdır. Teatrın tamaşa zalı 1000 nəfərlikdir. “Yaşıl teatr”da ən son texnologiyalara əsaslanan səs və işıq sistemləri qurulmuşdur. Azərbaycan Prezidentinə və xanımına Heydər Əliyev adına parkda inşa olunmuş Bayraq kompleksi barədə də məlumat verildi. Bildirildi ki, paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Quba rayonundakı Bayraq kompleksi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Buradakı bayraq dirəyinin hündürlüyü 78 metrdir. Qeyd olundu ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Uşaq Əyləncə Mərkəzi də inşa edilmişdir. Ümumi sahəsi 480 kvadratmetr olan kafedə yay və qış zalları fəaliyyət göstərəcəkdir. ![]() 18 sentyabr 2013, 17:00
İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.