|
18 sentyabr 2013, 17:10
Elçin Fərmanovdan, Bakı, Azərbaycan
Əziz və hörmətli Prezident! Ölkəmizin son illər bu qədər gözəlləşməsi, respublikamızda sabitliyin təmin olunması və əmin-amanlığın yaradılması bir Azərbaycan vətəndaşı kimi məni heyrətə gətirmişdir. Bu təşəkkür məktubunu Sizə yazmağı özümə borc bildim. Mənim üçün ən sevindirici fakt isə bizim uşaqlarımızın təhsil aldığı Xətai rayonu 249 saylı orta məktəbin əsaslı təmiridir. Azərbaycan xalqı üçün gördüyünüz işlər sadalamaqla bitməz. Ən əsası isə Siz bizim Ulu öndərimizin yadigarısınız. Ulu öndərimizin ürəyi həmişə Azərbaycan xalqı ilə birgə döyünmüşdür və son nəfəsinə qədər Azərbaycan xalqına rəhbərlik etmişdir. İndi bu yolun davamçısı Sizsiniz. Möhtərəm Prezident, Sizə uzun ömür, cansağlığı, ailə səadəti, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Ən böyük arzum, diləyim isə Sizi həmişə Azərbaycan xalqı ilə - bizimlə bir yerdə görməkdir. Mən bir Azərbaycan vətəndaşı kimi Sizinlə fəxr edirəm və Sizin bizim ömürlük Prezidentimiz olmağınızı Ulu Tanrıdan diləyirəm.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.