|
18 sentyabr 2013, 19:30
İlham Əliyev Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yeni inzibati binasında təşkilatın fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın tikintisinə ötən ilin sonlarında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin Ümummilli Liderin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşə yaradılmışdır. Ümumilikdə inzibati bina 10 otaq, konfrans və iclas zalından ibarətdir. Prezident İlham Əliyev otaqlarda yaradılan şəraitlə tanış oldu. Binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusən diqqətdə saxlanmışdır. Binadakı 80 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Məlumat verildi ki, partiyanın rayon təşkilatının 6 min üzvü vardır. Təşkilatın sıraları əsasən gənclər hesabına ildən-ilə artır. Hazırda partiya üzvlərindən 2200-ü gənclərdir. Qadınların sayı isə 1800-dür. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.