|
18 sentyabr 2013, 19:10
İlham Əliyev Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
Prezident İlham Əliyev Qubanın Qırmızı qəsəbəsi ərazisində, Qudyalçay üzərindəki tağlı “Qırmızı körpü”nün yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri də ölkəmizdə yol-nəqliyyat infrastrukturunun müasir səviyyəyə çatdırılmasıdır. Son dövrlərdə bu istiqamətdə əsaslı islahatlar həyata keçirilmişdir. Təqdirəlayiq haldır ki, bu islahatlar paytaxt Bakı ilə yanaşı, həm də bölgələri əhatə edir. Qudyalçay üzərindəki tağlı körpünün əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə görülən işlərdəndir. Bu körpü ilə sakinlər Qırmızı qəsəbədən qısa yolla Quba şəhərinə gedə bilirlər. “Qırmızı körpü” həm də tarixi memarlıq abidəsi kimi vacib əhəmiyyətə malikdir. Bu körpünün yenidən qurulması dövlətimizin tarixi-mədəni abidələrimizin qorunması işinə verdiyi diqqəti də nümayiş etdirir. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva “Qırmızı körpü”nün əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendlərə baxdılar. Bildirildi ki, “Qırmızı körpü” 1851-1854-cü illərdə inşa olunmuşdur. Körpünün yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülmüş və bir-birindən 11,1 metr məsafədə olan dayaqlara söykənir. Tağ dayaqlarının istinad etdiyi körpünün bünövrələri yonulmuş daşlardan hörülmüşdür. Azərbaycan Prezidentinə tağlı körpünün əsas parametrləri barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, körpünün uzunluğu 160, eni 7,6 metr, bünövrədən hündürlüyü isə 7,39 metrdir. Körpüdəki tağların sayı 14-dür. Təbii aşınmalar nəticəsində tağlarda yaranmış zədələrə görə körpüdə hərəkət xeyli müddət dayandırılmışdı. Lakin 2012-ci ilin əvvəlindən əsaslı təmirə başlanaraq tağlarda, bünövrədə bərpa və bərkitmə işləri aparılmışdır. Körpü memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Burada dövlətimizin başçısına və xanımına Quba-Qusar-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu üzərində salınmış körpülər barədə məlumat verildi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.