|
18 sentyabr 2013, 19:20
İlham Əliyev Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir. Son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu kompleks tədbirlərin nəticəsidir ki, artıq respublika əhəmiyyətli yollarla bərabər həm də rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Dövlət bu məsələyə daim böyük diqqət və qayğı ilə yanaşır. Yeni yolların və körpülərin salınması, mövcud olanların isə əsaslı şəkildə təmir edilməsi respublikada geniş vüsət almışdır. Belə tədbirlərin həyata keçirilməsi ilk növbədə sakinlərin rahatlığını və onların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Bu, həm də dövlətimizin apardığı məqsədyönlü sosial siyasətin respublikanın kəndlərini belə geniş əhatə etdiyini göstərir. Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva əvvəlcə körpünün texniki göstəricilərini, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu üzərində indiyədək təmir olunmuş digər körpülər barədə məlumatları və fotoşəkilləri əks etdirən stendlərə baxdılar. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına və xanımına körpünün əsas parametrləri barədə məlumat verdi. Bildirildi ki, Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün inşasına 2012-ci ildə başlanılmışdır. Təmir işləri qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilmişdir. Uzunluğu 136, eni 14,5 metr olan körpüdə dayaqların sayı 6-dır. Körpüdə piyadalar üçün iki metr enində keçidlər salınmışdır. Doqquz ballıq zəlzələyə davamlı olan körpünün orta dayağı dörddirəkli konstruksiya ilə quraşdırılmışdır. Körpü üzərindən keçən 3,6 kilometr uzunluğunda yeni alternativ yol inşa olunmuşdur. Yeni körpünün inşası nəqliyyat vasitələrinin şəhərə daxil olmadan birbaşa Quba-Qusar avtomobil yoluna hərəkəti üçün nəzərdə tutulmuşdur. Bu isə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir. Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.