|
18 sentyabr 2013, 19:40
İlham Əliyev Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak etmişdir. Açılışda iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məlumat verdi ki, mərkəzin ərazisi 8 hektardır. Ərazi 1970-ci ildən istifadə olunur. Son 20 ildə isə burada məcburi köçkünlər məskunlaşmışdı. Yeni binanın inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Tikinti işləri universitetin daxili imkanları hesabına aparılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostend quraşdırılmışdır. Binada “Bakı Dövlət Universitetinin tarixi” və “Tədris-təcrübə və istirahət mərkəzinin tarixi” adlı fotoguşələr də yaradılmışdır. Dövlətimizin başçısı və xanımı mərkəzin otelində yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin müəllim və tələbələrinin istirahətinə hər cür şərait yaradılmışdır. Burada həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Müxtəlif müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün burada konfrans zalları təşkil olunmuşdur. Böyük akt zalında istənilən tədbirin keçirilməsi üçün hər cür şərait vardır. Müəllim-tələbə heyəti 300 nəfərlik yeməkxananın xidmətlərindən də istifadə edə biləcəkdir. İdman zalları müasir avadanlıqla təchiz olunmuşdur. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Mərkəzin əsas bölmələrindən biri də kitabxanadır. Elektron formatda təşkil olunan kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanmışdır. Bundan əlavə, tədris-təcrübə və istirahət mərkəzində müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunmuşdur. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.