|
18 sentyabr 2013, 20:30
İlham Əliyev Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olmuşdur
Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olmuşdur. Otelin otaqlarını gəzən Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, kompleksin tikintialtı ərazisi 75, ümumi sahəsi isə 202 hektardır. Ərazidə kanat yolu da çəkilmişdir. Otel kompleksində restoranlar, hovuz, idman meydançası və digər köməkçi obyektlərin tikilməsi nəzərdə tutulmuşdur. Kompleks səkkizmərtəbəli əsas binadan və 16 kottecdən ibarətdir. Burada ümumi sahəsi 27,3 min kvadratmetr olan süni göl yaradılmışdır. Gölün ətrafında restoran və helikopter meydançası tikilmişdir. Gələcəkdə kompleksdə xizək mərkəzinin və digər binaların da inşası nəzərdə tutulur. Kotteclərdə yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada mini-kinoteatr, idman zalı və digər otaqlar vardır. Ərazidə, həmçinin tennis kortu, voleybol və futbol meydançaları inşa edilmişdir. Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.