Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Gülağa Əbdülov və başqalarından, Lerik, Azərbaycan

Text size Plus Minus

19 sentyabr 2013, 12:50

Hörmətli cənab Prezident! 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu uğurla davam etdirməyinizin nəticəsində xalqımızın rifahı gündən-günə yaxşılaşır. Əmək haqlarının, pensiyalarının artırılması, respublikanın hər yerində məktəblərin tikilməsi, yolların çəkilməsi xalqımız tərəfindən razılıqla qarşılanır.

Sizin ötən il Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun əsaslı tikintisinə, bu günlərdə isə Noda-Şingədulan-Xanagah yolunun əsaslı şəkildə yenidən qurulmasına vəsait ayrılması haqqında sərəncamlarınız biz leriklilərin hədsiz sevincinə səbəb olmuşdur. Bununla Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut edirsiniz.

Müstəqil Azərbaycanın inkişafı, xalqımızın rifah halının yaxşılaşdırılması naminə fəaliyyətinizdə və qarşıdan gələn prezident seçkilərində Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Əbdülov Gülağa
İsmayılov İsa
Mirzəyev Şübər
Nəzərov Natiq
Mirzəyev Nəbi
Hüseynov Əmir və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonu. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi